Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Internet Explorer 9 artıq Azərbaycan dilində


Microsoft korporasiyası Internet Explorer 9 brauzerinin hazırda 93 dildə təqdim edilməsi haqda xəbər verib. Son yeniləşdirmə Azərbaycan dili daxil olmaqla 53 əlavə dili dəstəkləyir. Beləliklə, bu göstəriciyə görə, Internet Explorer 9 brauzeri Windows əməliyyat sistemi üçün brauzer təqdim edən rəqiblərini qabaqlayır ki, bu da Microsoft-un brauzerini tarix boyu ən güclü rəqibə çevirir və şirkətin müştərilər qarşısında götürdüyü öhdəliklərin icrasına yönələn istiqaməti təsdiq edir. Yeni brauzer Microsoft Windows Vista, Windows 7 və Windows Server 2008 əməliyyat sistemlərində işləyir.
Sözsüz ki, Microsoft öz brauzerini inkişaf etmiş və “qəşəng” kontent, çoxlu sayda yüksək icazəli video və bütün yeni işləmələr, o cümlədən HTML5-in cəlb olunması hesabına intensiv şəkildə inkişaf edən şəbəkədə iş üçün əsas alət kimi görür. Hazırda bütün rəqiblər bu istiqamətdə fəaliyyət göstərir, lakin Internet Explorer 9 brauzeri JavaScript-kodunun icrası, keşləmə, yaddaşın istifadəsi, təhlükəsizliyin təmin edilməsi və s. aid bütün işləmələri birləşdirərək ən kompleks yanaşmanı nümayiş etdirir.
Onu da qeyd etmək lazımıdr ki, Microsoft yeganə proqram təminatı istehsalçısıdır ki, son bir neçə il ərzində Azərbaycan bazarı üçün tam lokallaşdırılmış məhsulları təqdim edir. Belə ki, 2011-ci il aprel ayının əvvəllərində Microsoft Office 2010 ofis dəstinin Azərbaycan dilinə lokallaşdırılması üzrə işlər bitmişdir; Internet Explorer 9 brauzeri isə lokallaşdırılmış məhsulların sayını artıracaq ki, onların arasında da artıq ən müasir Microsoft Windows 7 əməliyyat sistemi də mövcuddur. Xatırladaq ki, daha öncə Azərbaycan dilinə lokallaşdırılmış Microsoft məhsulları arasında Windows XP və Windows Vista əməliyyat sistemləri, həmçinin Microsoft Office 2003 və Microsoft Office 2007 ofis dəstləri var.
Yeni dilləri dəstəkləyən brauzeri Windows Update sistemi vasitəsilə yükləmək mümkündür. Artıq Internet Explorer 9 brauzerini yükləmiş istifadəçilər üçün isə ayrıca dil paketini quraşdırmaq imkanı yaradılmışdır.




09/06/11    Çap et