Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” kamera ilə əlaqədar “iPhone 6 Plus” smartfonlarının zədəli partiyasını geri çağırır


"CNN" telekanalının yaydığı məlumata əsasən, ABŞ-ın "Apple" şirkəti arxa kameranın işində aşkar edilmiş nasazlığa görə "iPhone 6 Plus" smartfonlarının zədəli partiyasını geri çağırıb.
 
"ICTnews.az" saytı "itar-tass.com" saytına istinadən xəbər verir ki, telekanalın məlumatına görə, 2014-cü ilin sentyabrından cari ilin yanvarınadək satılmış smartfonlar əsasən geri çağırılacaq. Brak qurğuların sayı dəqiqləşdirilməyib.
 
Şirkətin nümayəndəsi bildirib ki, kameranın işində aşkar edilmiş nasazlıq nəticəsində smartfonla çəkilmiş şəkillər keyfiyyətsiz alınır.
"Apple"ın saytında xüsusi səhifədə qurğunun seriya nömrəsini daxil etməklə konkret telefonun brak olub-olmadığını müəyyən etmək olar. Şirkətdən bildirilib ki, bütün nasazlıqlar ödənişsiz şəkildə həll ediləcək.
 
"Apple" – "Mac" kompüterləri, "iPad" planşetləri, "iPhone" smartfonları, "iPod" pleyerləri və başqa qurğuların satışı ilə məşğul olan ABŞ korporasiyasıdır. İndi şirkətin kapitallaşması təxminən 618 milyard dollar təşkil edir.
 
Emil Hüseynov




24/08/15    Çap et