Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

24 il əvvəl bu gün "Linux" əməliyyat sistemi yaradılıb


1991-ci il avqustun 25-də finlandiyalı tələbə Linus Torvalds poçt konfransının gedişində "Minix" layihəsi ilə maraqlanan entuziastlər qrupuna gələcəkdə "Linux"un prototipi olacaq əməliyyat sistemi nüvəsinin yaradılması haqda məlumat verib.

Tələbə uğur qazanacağına ümid etməsə də, "Linux" ƏS-nin birinci versiyası artıq 1991-ci ilin sentyabrında istifadəyə verilib.
 
2009-cu ildə "Linux" ƏS nüvəsinin qiyməti 1,6 milyard dollar məbləğində qiymətləndirilib.
 
Hazırda  ƏS "ağıllı" telefon, server bazarında liderdir.
 
 Layihənin inkişaf etdirilməsində "IBM", "Sun", "Hewlett-Packard" daxil olmaqla böyük korporasiyalar iştirak edir.
 
Emil Hüseynov




25/08/15    Çap et