Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BMT: internetdə məxfilik insanların müstəsna hüququdur


BMT-nin İnsan Hüquqları Şurasının keçirdiyi iclasda qərara alınıb ki, internetdə fərdi məlumatların şifrlənməsi və kommunikasiya vasitələrindən istifadə insanların müstəsna hüququdur.
 
“ICTnews” Elektron Xəbər Xidməti  “gazeta.ru” saytına istinadən xəbər verir ki, şura üzvlərinin gəldiyi nəticəyə əsasən, internetdə məxfilik rəqəmli dövrdə öz fikrini sərbəst ifadə etməyə imkan verən vacib alətlərdən biridir.
 
Bundan əvvəl Finlandiyada qəbul edilmiş qərara əsasən, genişzolaqlı internetə çıxış insan hüququ kimi tanınıb.
 
Emil Hüseynov




25/08/15    Çap et