Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yapon şirkətləri smartfon üçün çip hazırlayacaqlar


“NTT DoCoMo” operatoru, Yaponiyanın bir sıra elektronika istehsalçıları və Cənubi Koreyanın “Samsung” şirkəti, veb-mənbələrin məlumatına görə, yeni nəsil smartfonlar üçün mobil çiplər hazırlamaq üçün səylərini birləşdirmək niyyətindədirlər.

İttifaq tərkibinə, həmçinin, “Fujitsu”, “NEC” və “Panasonic” daxil olacaq. Partnyorlar planlaşdırma və çiplərin satışı ilə məşğul olmaq niyyətindədirlər və onların istehsalını müqavilə istehsalçısı öz üzərinə götürəcək.

Yeni məhsulun relizi 2012-ci ilə planlaşdırılır. İttifaq üzvləri müxtəlif standartların mobil və simsiz əlaqəsini təmin edən prosessorlar hazırlamaq niyyətindədirlər. Başqa sözlə, partnyorlar “Qualcomm” şirkəti ilə birbaşa rəqabətə girməyi hesablayırlar.

Layihəyə investisiyaların ümumi həcmi 390 milyon dollar təşkil edəcək, həm də bu məbləğin yarıdan çoxunu “NTT DoCoMo” təmin edəcək.




13/09/11    Çap et