Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çinin telekommunikasiya şirkəti uşaqlar üçün “ağıllı” saat təqdim edib


Çinin "Tencent” telekommunikasiya şirkəti uşaqlar üçün funksional “ağıllı” saatlardan birini təqdim edib.
1,12 düym (2,85 sm) diaqonallı ekranla təchiz edilən və 128x128 pikselli təsvir ölçüsünə malik "QQ Watch” saat modeli "IP65” dərəcəli tozkeçirməz və sukeçirməz mühafizəyə malikdir ki, bu da onu su altında yumağa imkan verir.
 
Qurğudan əsasən uşaqların itməsi zamanı onların olduğu yeri müəyyənləşdirmək üçün istifadəsi planlaşdırılır. Valideynlərə təcili məlumatın göndərilməsi üçün “SOS” düyməsi nəzərdə tutulub. Uşağın olduğu yeri maksimum dəqiqliklə müəyyənləşdirmək üçün yeni təqdim edilən qurğu "GPS”, “Wi-Fi” və mobil rabitə şəbəkələrinin məlumatlarından yararlanır.
 
Saat həmçinin 0,3 meqapikselli kamera ilə təchiz edilib. Onun köməyi ilə itmiş uşaqlar valideynlərinə olduğu yerin ətraf fotoşəkillərini göndərə biləcəklər.
 
İstehsalçı nümayəndələrinin sözlərinə görə, hazırda qiyməti məlum olmayan qurğunun tam doldurulan akkumulyatorundan beş gün istifadə etmək mümkündür. Satışlara bu ilin oktyabrında başlanılması nəzərdə tutulur.
 
“Tencent” Çinin nəhəng internet provayderidir. Şirkət Çinin ən məşhur “QQ” messencerinin, "WeChat” mətnli və səsli məlumatların ötürülməsi üçün sistemlərin inkişafı ilə məşğuldur, eləcə də "Riot Games” şirkətinin baş səhmdarıdır, - "Lenta” yazır.




29/08/15    Çap et