Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

XİN başçıları qabaqcıl texnologiya, informasiya və kommunikasiya texnologiyaları istiqamətində razılığa gəldilər


Azərbaycan, Türkiyə və Türkmənistanın  Xarici işlər nazirlərinin Üçüncü Üçtərəfli Görüşünün nəticələrinə dair Antalya Bəyanatı qəbul olunub.
 
Xarici İşlər Nazirləri səviyyəsində keçirilən sayca üçüncü görüşün üç ölkə arasındakı əlaqələrin və əməkdaşlığın inkişafına verdiyi töhfədən duyduqları məmnuniyyəti ifadə edib və aralarındakı yaxın əməkdaşlığın konkret layihələr əsasında daha da inkişaf etdirilməsi üzrə öz iradələrini vurğulayıblar.
 
Görüşdə qlobal və regional sülh, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi məqsədi ilə Birləşmiş Millətlər Təşkilatı başda olmaqla, beynəlxalq və regional təşkilatlarda mövcud olan yaxın və faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi və bu təşkilatlarda namizədliklərinin qarşılıqlı şəkildə dəstəklənməsinin lazım olduğunu bəyan ediblər.
 
İqtisadi və ticarət sahəsindəki əlaqələrin genişləndirilməsi məqsədilə dərin və geniş əhatəli əməkdaşlığın təşviqi üzrə birgə səylərin gücləndirilməsinin vacibliyi qeyd edilərək bildirilib ki, bu kontekstdə, qarşılıqlı investisiyaların həcminin artırılması istiqamətində üç ölkənin dövlət və özəl sektoru arasındakı əməkdaşlığı inkişaf etdirməyə və qarşılıqlı məlumat mübadiləsini davam etdirməyə hazırdırlar.
 
Turizm, səhiyyə, kənd təsərrüfatı, qabaqcıl texnologiya, sənaye, informasiya və kommunikasiya texnologiyaları, neft-kimya, qida sənayesi, nəqliyyat infrastrukturu, aqrar tədqiqat və davamlı inkişaf sahələrində əməkdaşlığı möhkəmləndirmək məqsədi ilə bilik və təcrübə mübadiləsini, tədqiqat və istehsal ilə bağlı birgə təşəbbüsləri, aqrar ticarəti və investisiyaların artırılmasını dəstəkləmə məsələsində razılığa gəliblər.
 
 
Hər üç nazır təmsil etdikləri ölkələrin kiçik və ortahəcmli müəssisələri arasında konstruktiv əməkdaşlığın davamlı şəkildə və qətiyyətlə aparılması ilə bağlı ümumi fikirdə olduqlarını ifadə ediblər.
 
Üç ölkənin potensialından maksimum səviyyədə istifadə edilməsi məqsədi ilə Türkmənistan, Azərbaycan və Türkiyə üzərindən keçən nəqliyyat dəhlizlərinin əsas ticarət marşrutuna çevrilməsi üçün əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
 
 
 
Seymur Qasımbəyli




29/08/15    Çap et