Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda bu ilin 8 ayı ərzində qeydiyyata alınan domenlərin sayı artıb


Azərbaycanda bu günə kimi 24297 domen adı rəsmi qeydiyyatdan keçib.
 
“ICTnews” xəbər xidmətinin Milli domenlərin tənzimləyicisinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, ilin əvvəlindən 5057  domen qeydiyyatdan keçirilib, 3954 domen isə ləğv edilib, nəticədə bu ilin birinci rübü ərzində ölkədə xalis domen artımı 1103 domen təşkil edib.
 
Hazırda Azərbaycanda 22521*.az, 1069*.com.az, 228 *.edu.az, 124 *.org.az, 91  *.co.az, 71 *.info.az, 77 *.net.az, 43 *.int.az, 35 *.pp.az,  25  *.biz.az, 12 *.name.az, 1  *.pro.az  domeni qeydiyyatdan keçirilərək istifadə edilir.
 
*.az domen zonasında bu ilin 8 ayı ərzində qeydiyyata alınan domenlərin sayı ötən ilin göstəricisindən 5 faiz çoxdur.  Ötən il ərzində domen qeydiyyatı artımı 10% təşkil edib. 
 
Xatırladaq ki, 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici  3 min, 2011-ci ildə  4387, 2012-ci ildə  5478, 2013-cü ildə isə 2338, 2014-cü ildə 23101 domen adı olub.
 
Aynur Vəliyeva
 




31/08/15    Çap et