Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qarabağ ərazisində bütün telekanallarımız yayımlanır


“Azərbaycanın Ermənistan tərəfindən  işğal altında olan ərazisində bütün telekanallarımız yayımlanır və bu yayımda hər hansı bir problemin olması mümkünsüzdür”.
 
 “Teleradio” İB-nin texniki direktoru Mikayıl Abbasov bildirib ki, Azərbaycan kanallarının yüksək keyfiyyətlə yayımlanması  Ağsu aşırımında 843 metr yüksəklikdə 93 metrlik teleqüllənin tikilməsindən sonra daha da keyfiyyətli şəkil alıb.
 
“Bundan başqa Füzuli rayonunun Əhmədbəyli  və Tərtər rayonunda yeni stansiyanın istismara verilməsi Qarabağın cənubunda və şimalında keyfiyyətli yayımın təmin olunmasına şərait yaradıb. Ancaq Ağsu qülləsindən güclü yayım nəinki Qarabağa, hətta Ermənistan ərazisinə də çatır” - deyə texniki direktor qeyd edib.
 
RƏVAN 




31/08/15    Çap et