Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hindistan “Google” şirkətinə qarşı antiinhisar ittihamı irəli sürüb


Hindistanın Rəqabət məsələləri üzrə komissiyasi "Google" şirkətini antiinhisar qanunvericiliyini pozulmaqda ittiham edib. Şirkətin sentyabrın 10-dək tənzimləyici orqana rəsmi cavab verəcəyi gözlənilir.
 
"Google"un vəziyyəti yoluna qoya bilməyəcəyi təqdirdə cərimənin məbləği şirkətin ümumi gəlirinin 10 faizini təşkil edə bilər.
 
Hindistanda ABŞ şirkəti ilə bağlı antiinhisar araşdırmasına 2014-cü ilin noyabrında başlanılıb və iki istiqamətdə aparılır (bazarda mövqedən sui-istifadə, "AdWords" həlləri idarəçiliyində haqsız rəqabət).
 
Bundan başqa, komissiya "Flipkart", "Facebook" və digər şirkətlərə "Google"un biznes praktikası ilə bağlı sorğu göndərib. Onların hamısı ABŞ şirkətinin axtarış bazarında öz mövqeyindən sui-istifadə etməsini təsdiq ediblər.
 
Bu yaxınlarda Hindistan komissiyası hesabat dərc edərək araşdırmanın nəticələrinə görə "Google" şirkətinə qarşı ittiham irəli sürüb, - "Searchengines" yazır.




01/09/15    Çap et