Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vikipediya Azərbaycanın memarlıq abidələrinin şəkilləri ilə zənginləşəcək


Vikipediyada “Wiki Loves Monuments” (Viki Abidələri Sevir) fotomüsabiqəsi keçirilir.
 
“ICTnews” elektron xəbər xidmətinin vikipediyaya istinadən verdiyi məlumata görə, müsabiqənin şərtlərinə əsasən,  iştirakçı ölkələrdəki tarixi abidə statusuna malik memarlıq abidələrinin fotoşəkilləri sentyabr ayı ərzində VikiAnbara  yüklənməlidir.
 
Azərbaycan da “Wiki Loves Monuments 2015” müsabiqəsində iştirak edir.
 
Azərbaycanda milli müsabiqə azərbaycandilli vikipediyada “Vikipediya:Viki Abidələri Sevir 2015”   səhifəsində təşkil olunub.
 
Müsabiqə vikipediyanı illüstrativ materiallarla təmin etmək və Azərbaycanda memarlıq irsinin mühafizəsi məsələsinə diqqət çəkmək məqsədi daşıyır.
 
CAHANGİR
 
 




03/09/15    Çap et