Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bank, maliyyə və poçt göndərişlərinin idarə olunması üzrə Rusiya şirkəti ilə əməkdaşlıq genişləndiriləcək


Cari ilin sentyabr ayının 18-21 tarixlərində  Rusiya Federasiyasının Soçi  şəhərində “Colvir” şirkətinin yaranmasının 15 illiyinə həsr olunmuş yubiley konfransı keçiriləcək.
 
Konfransda ölkəmizi “Azərpoçt” MMC-nin baş direktor müavini Nazim Süleymanov təmsil edəcək.
 
Şirkət 2009-cu ildən Azərbaycanda öz sistemini uğurla tətbiq edib. Qarşılıqlı əməkdaşlıq sayəsində şəbəkənin tam elektronlaşdırılması, bank, maliyyə və poçt göndərişlərinin bu şəbəkə üzərindən idarə olunması təmin edilib.
 
 
    Şirkət yarandığı vaxtdan davamlı iqtisadi artım nümayiş etdirir. 2010 və 2011-ci illərdə “Colvir Software Solutions” şirkəti dünyada dinamik inkişaf edən şirkətlərin siyahısında ilk yeri tutub.
 
Gələcək perspektivlərdə Azərbaycan tərəfi şirkətlə əməkdaşlıq əlaqələrini daha da genişləndirmək niyyətindədir.
 
 
  RƏVAN




03/09/15    Çap et