Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Instagram» servisi problemli işləyir


"İnstaqram" xidmətinin istifadəçiləri sosial şəbəkənin işində nasazlıq olduğunu bildiriblər. Bəzi istifadəçilərin məlumatına görə, səhər saat 10-dan onların lenti yenilənmir.
 
"Bəzi istifadəçilərdə  "İnstaqram"ın pis işləməsindən xəbərdarıq və bu problemin həlli üzərində aktiv işləyirik" - "İnstaqram"-ın "Tvitter"dəki rəsmi bloqunda yazılıb.
 
Kaliforniyadan Banqladeşədək dünyanın hər yerindən xidmətin işi ilə bağlı şikayətlər edilir.  Belə ki, «downdetector.com» saytı istifadəçilərin xidmətin işi ilə əlaqədar təxminən 4000 şikayət etdiyini yazıb.
 
Emil Hüseynov





03/09/15    Çap et