Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Texnologiya nəhəngləri istifadəçilərin mesajlarına giriş üçün icazə verməkdən imtina edib


«New York Times» qəzetinin elektron versiyasında dərc edilmiş məqalədə yazılıb ki, ABŞ-ın texnologiya şirkətləri, həmçinin «Google», «Apple» və «Microsoft» ABŞ-ın və Federal Təhqiqatlar Bürosu (FTB) və Ədliyyə Nazirliyinin tələbi ilə öz istifadəçilərinin məlumatlarına giriş verməkdən dəfələrlə imtina ediblər.
 
 
Nəşrin mənbələrinin məlumatına görə, son aylarda Amerika hakimiyyəti şirkətlərə belə bir tələblə müraciət edib ki, vətəndaşların elektron xidmətlərin köməyi ilə apardığı yazışmanın mətni ona təqdim edilsin. Bir qayda olaraq, istifadəçilər barəsində araşdırmalar aparılması ilə əlaqədar belə sorğular edilir.
 
 
«ICTnews.az» saytı «itar-tass.com» saytına istinadən yazır ki, bu cür hadisələrdən biri 2015-ci ilin yayında baş verib.
 
 
Məqalədə yazılıb ki, Ədliyyə Nazirliyinə narkotik və silahla bağlı araşdırma ilə əlaqədar məhkəmə qətnaməsi verilib. Qətnaməyə əsasən, «Apple» şirkəti şübhəli şəxslərin smartfon vasitəsilə mübadilə etdikləri yazışmaları təqdim etməlidir. Kaliforniya şirkəti cavabında bildirib ki, mesajların göndərilməsi üzrə «iMessage» xidməti informasiyanın şifrlənməsini nəzərdə tutur və buna görə şirkət bu qərarı icra edə bilməz.
 
 
"Məmurlar xəbərdarlıq ediblər ki, «Apple» və «Google» kimi texnologiya şirkətləri məlumatlarını şifrlədiyindən belə mübahisələr qaçılmazdır - nəşr yazır.
 
 
"Apple şirkəti ilə münaqişə onu göstərir ki,  Edvard Snoudenin ifşalarından sonra texnologiya korporasiyaları daha böyük müqavimət göstərməyə başlayaraq öz müştərilərinin informasiyasını mühafizə etməyə çalışırlar" - nəşr yazır.
 
 
Emil Hüseynov
 
 
 
 




08/09/15    Çap et