Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mark Zukerberq iş adamlarının reytinqində birincidir


«Vanity Fair» jurnalı dünya biznes elitasının illik reytinqini dərc edib. İlk dəfə «Facebook»un qurucusu Mark Zukerberq reytinqdə birinci pilləni tutub.
 
 
«ICTnews.az» saytı «vc.ru» saytına istinadən yazır ki, «Vanity Fair» reytinqi jurnalın redaktorları tərəfindən tərtib edilir.
 
 
Redaktorlar bildiriblər ki, 31 yaşlı iş adamının sərəncamında 4 ən böyük proqram var: «Facebook», «Instagram», «WhatsApp» və «Facebook Messenger». «Vanity Fair» jurnalı yazır ki, indi Zukerberq üçün yeganə məhdudiyyət internet istifadəçilərinin məhdud sayıdır.
 
 
Bundan əvvəl Zukerberq reytinqdə beşinci pilləni tutub.
 
 
İlk onluq aşağıdakı kimidir:
 
 
  1. «Facebook»un qurucusu Mark Zukerberq
 
  1. «Uber»un təsisçisi Trevis Kalanik
 
 
  1. «Amazon»un təsisçisi Ceff Bezos
 
  1. «Apple» şirkətinin baş direktoru Tim Kuk və şirkətin dizaynı üzrə direktor Conatan  Ayv
 
 
  1. «Alphabet» və «Google»un yaradıcıları Larri Peyc və Serqey Brin
 
  1. «Tesla» və «SpaceX»-ın yaradıcısı Elon Mask
 
 
  1. «Netflix» şirkətinin baş direktoru Ted Sarandos və həmtəsisçisi Rid Xastinqs
 
  1. «Airbnb»in yaradıcısı Brayan Çeski
 
 
  1. «Facebook»un icraçı direktoru Şeril Sendberq
 
  1. «Theranos» qan analizi üzrə xidmətin təsisçisi Elizabet Holms
 
 
 
 
Emil Hüseynov




08/09/15    Çap et