Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“3D” çap tibb sahəsində inqilab edir


«3D» çap texnologiyalarının hazırlanması və tətbiqi ilə məşğul olan Avstraliyanın «CSIRO» şirkəti döş sümüyü və qabırğaların titan materialından ibarət implantatını yaradıb. Nəticədə o, xərçəng xəstəliyindən əziyyət çəkən 54 yaşlı xəstəyə implantasiya edilib.
 
 
«ICTnews.az» saytı «hi-news.ru» saytına istinadən yazır ki, döş sümüyü və qabırğalar mürəkkəb formaya malik olduğuna görə implantasiya üçün çox vaxt istifadə edilən düz implantatlar vaxt ötdükcə zəifləyə bilər. Bu səbəbdən ispaniyalı cərrahlar komandası qərara alıb ki, döş qəfəsinin sarkomasından əziyyət çəkən 54 yaşlı ispanın anatomik xüsusiyyətləri nəzərə alınmaqla titan materialından "3D" çap implantatı ən yaxşı həldir.
 

 
Həkimlər  implantatın konfiqurasiyası sayəsində  onu insanın döş sümüyünün sağlam sümüklərinə xüsusi vintlərlə bərkidiblər. Əməliyyat uğurla keçib və 12 gün sonra xəstə evinə buraxılıb.
 
 
Emil Hüseynov
 




14/09/15    Çap et