Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternetin idarə olunması məsələləri müzakirə olunub


Fransanın Strasburq şəhərində Avropa Şurasının (AŞ) Trans-sərhəd internet axını və internet azadlığı üzrə Ekspertlər Komitəsinin (MSİ-İNT) növbəti iclası keçirilib.
 
Qeyd edək ki, Ekspertlər Komitəsi AŞ-nin Media və İnformasiya Cəmiyyəti üzrə Rəhbər Komitəsinin (CDMSİ) nəzdində olmaqla 2014-2015-ci illər ərzində AŞ məkanında maneəsiz trans-sərhəd internet axını və internet azadlığının təmin edilməsi üçün tövsiyələrin işlənib hazırlanması məqsədilə yaradılıb.
 
 
Ekspertlər Komitəsinin iclasında qurumun iş planı ilə bağlı təkliflər, qarşıda duran vəzifələr, trans-sərhəd internet axını və internet azadlığı üzrə tövsiyələr layihəsi, internetin idarə olunması, internetdə ifadə azadlığı və sair məsələlər müzakirə olunub.
 
 
Azərbaycanı sözügedən mötəbər tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov təmsil edib.
 
 Bu barədə məlumat verən B.Məmmədov qeyd edib ki, tədbirdə ATƏT-in media azadlığı üzrə nümayəndələri, AŞ İnsan hüquqları və qanunun aliliyi üzrə informasiya cəmiyyəti departamentinin rəsmiləri və digər yüksək rütbəli şəxslər iştirak edib.
 
 
SEYMUR




14/09/15    Çap et