Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Veb proqramçılar üçün milli sayt istifadəyə verilib


Mən necə sayt yarada bilərəm? Bu sual bir çox insanları düşündürür.

Məlumdur ki, milli internet məkanında sayt yaratmağın əsaslarını öyrədən resurslar çox azdır. "http://Codecourse.info" saytının yaradılmasında əsas məqsəd bu boşluğu doldurmaqdır.
 
 
"ICTnews" Elektron Xəbər Xidmətinin məlumatına görə, hazırda istifadəçilər üçün dərsliklər əlçatandır. İstifadəçilər, həmçinin resursda şərh yazaraq fikirlərini bölüşə  bilərlər.
 
 
Layihənin rəhbəri Emil Hüseynov bildirib ki, yaxın gələcəkdə resursda sayt yaratmağın əsaslarını öyrədən videolar yerləşdiriləcək. Həmçinin elektron kitablar, öyrənilmiş dərslərlə bağlı biliyin yoxlanılması üçün testlərin yerləşdirilməsi planlaşdırılır.
 
 
 
 
 
 
 
 
 
 
 




14/09/15    Çap et