Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RYTN-in e-xidməti üzərindən bir ayda 20 minə yaxın rabitə və kommunal xidmət haqqı ödənişi aparılıb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” xidməti də avqustda “Elektron hökumət” portalı üzərindən ən çox müraciət olunan e-xidmətlərdən olub.
 
“ICTnews” elektron xidmətinin məlumatına görə, sözügedən xidmət “Elektron hökumət” bülletininin sentyabr buraxılışında əksini tapan ötən ay ən çox istifadə edilən 20 e-xidmət sırasında yer alıb.
 
Bir ayda bu xidmətdən 19884 dəfə istifadə olunub.
 
E-xidmət vasitəsi ilə stasionar telefon nömrəsini daxil etdikdən sonra rabitə və kommunal xidmətlər üzrə yaranmış borcları internet üzərindən ödəmək mümkündür.
 
CAHANGİR




14/09/15    Çap et