Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şimali Koreyada xarici vətəndaşlar üçün «Facebook» və «Youtube» resurslarına çıxış qadağan edilib


Hazırda Koreya Xalq Demokratik Respublikasında (KXDR) «Facebook» sosial şəbəkəsi və populyar «Youtube» videohostinqinə giriş bloklanıb. 

Pxenyanda əcnəbilərə xidmət göstərən yerli "Ulduz" şirkəti BMT daxil olmaqla beynəlxalq humanitar təşkilatların nümayəndəliklərinə və xarici diplomatik nümayəndəliklərə müvafiq xəbərdarlıq göndərib.
 
 
«ICTnews.az» saytı «itar-tass.com» saytına istinadən yazır ki, xəbərdarlığın mətnində yazılıb ki, şirkətin əməkdaşları Koreya Xalq Demokratik Respublikasının hökumət orqanlarının ünvanına böhtan, tənqidi yazılardan ibarət internet resurslarına giriş imkanını təmin etməyəcək. Bundan başqa, "Ulduz" şirkəti «P2P» protokolu üzrə məlumatların qəbulu və ötürməsindən imtina edib. Ölkədə, həmçinin bir sıra internet saytlarının "qara siyahı"sı mövcuddur.
 
 
Məlumat üçün bildirək ki, KXDR-in adi vətəndaşları “ümumdünya hörümçək toru”na çıxış imkanına malik deyillər. Sözügedən ölkədə ölkə rəhbərləri və elmi-texniki nailiyyətlərin təbliğatına həsr edilmiş «Kvanmyon» adlı daxili şəbəkə fəaliyyət göstərir.
 
 
Emil Hüseynov




16/09/15    Çap et