Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ilk «8K» televizorunun qiyməti və satış tarixi açıqlanıb


2015-ci ilin payızında Yaponiyanın «Sharp» şirkəti dünyada ilk «8K» formatlı televizorunu nümayiş etdirəcək. İstehsalçı yeni qurğusunun qiymətini açıqlayıb. 2016-cı ildə Yaponiyada «8K» formatında sınaq rejimində yayıma başlanılacaq.
 
 
Qiyməti və çıxarılış tarixi
 
«Sharp» korporasiyası dünyanın ilk «8K» formatlı televizorunun («Sharp LV-85001») qiymətini açıqlayıb. Sözügedən yenilik 30 oktyabr 2015-ci il tarixində Yaponiyada 16 milyon yen (133 min dollar) qiymətdə məbləğində satışa çıxarılacaq.
 
 
Xüsusiyyətləri
 
 
Qurğu 7680x4320 piksel təsvir ölçülü 85 düym diaqonallı panellə təchiz edilib. Müqayisə üçün bildirək ki, «Full HD» formatlı televizorlar 1920x1080 piksel təsvir ölçüsünə malikdir, sonuncu «8K» ilə müqayisədə 16 dəfə daha az pikselə malikdir. «8k» ilə müqayisədə «4K» (və ya «Ultra HD») formatında piksellər 4 dəfə azdır.
 
 
Paneldə tərəflər nisbəti 16:9 təşkil edir. Baxış bucağı 176 dərəcə, kontrastlıq 100000:1-ə bərabərdir. Yeniləmə tezliyi 120 Hs-dir.
 
 
 
Məzmun yoxluğu
 
 
«Sharp LV-85001» hələ ki yalnız texnoloji imkanların nümayişini əks etdirir, çünki «8K» formatında məzmun yoxdur. 2016-cı ildə Yaponiyanın Milli Teleradio şirkəti «8K» formatında televiziya yayımına başlamağı planlaşdırır.
 
 
Emil Hüseynov




16/09/15    Çap et