Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«iOS 9» əməliyyat sisteminin yeni versiyasını yükləyə bilərsiniz


«iOS 9» əməliyyat sisteminin yeni versiyası «iPhone», «iPad» və «iPod touch» istifadəçiləri üçün əlçatan olub.
 
 
«ICTnews.az» saytı «lenta.ru» saytına istinadən yazır ki, «iOS 9» sistemində informasiyanı bir proqramdan başqasına köçürməyə imkan verən çoxpəncərəli funksiya istifadəyə verilib. Məsələn, digər bir yeni funksiya internetdə işləyərək məktub tərtib etməklə yanaşı, video izləməyə imkan verir.  «Siri» səs assistenti «Twitter» və «Facebook»la inteqrasiya edilib.
 
 
«iOS 9» mobil əməliyyat sistemi «iPhone 4s» və yuxarı modellər, «iPad 2», yığcam «iPad mini» və həmçinin 5-ci və 6-cı nəsil «iPod touch» pleyerlərini dəstəkləyir.
 
 
Əməliyyat sisteminin yeni versiyası «Apple» şirkətinin müvafiq qurğuları üçün ödənişsiz əlçatandır və onu yükləmək üçün qurğuda 1,3 QB boş daxili yaddaş lazımdır.
 
 
Emil Hüseynov




17/09/15    Çap et