Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kənd Təsərrüfatı Nazirliyinin saytında torpaq mülkiyyətçiləri üçün faydalı məlumat yerləşdirilib


Kənd Təsərrüfatı Nazirliyi (KTN) rəsmi internet saytı (www.agro.gov.az)  vasitəsi ilə torpaq mülkiyyətçilərinin nəzərinə yeni elan çatdırıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, elanda qeyd olunur ki, ölkədə istehsal olunmuş dənli taxıl bitkilərinin sertifikatlı toxumlarını haradan əldə etmək haqqındakı məlumatlar KTN-in saytının Məlumat mərkəzi bölümündə yerləşdirilib.
 
Qeyd edək ki, əlavə məlumat almaq üçün nazirliyin çağrı mərkəzi (1652) və ya KTN yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə  müraciət etmək olar.
 
CAHANGİR




18/09/15    Çap et