Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərpoçt” iki poçt filialının texniki təchizatını təkmilləşdirib


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” milli poçt operatoru  kompüter parkını yeniləyir.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, belə ki, “Azərpoçt” 4 saylı Poçt Filialının kompüter təchizatını yaxşılaşdırmaq məqsədi ilə “Stabil Biznes 12” şirkəti ilə bağladığı müqavilə əsasında 9853 manat dəyərində kompüter dəstləri və HP1132 markalı printer alıb.
 
Bununla yanaşı, “Azərpoçt” 1 saylı Poçt Filialı da texniki avadanlıqlarını təzələyib. “Bakı-Servis” şirkəti ilə “Azərpoçt” arasında imzalanan müqaviləyə əsasən 15 min 163 manat dəyərində yeni avadanlıqlar alınıb.
 
 
Aynur Vəliyeva
 




23/09/15    Çap et