Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Zukerberq miqrantlara kömək edəcək


Birləşmiş Millətlər Təşkilatının (BMT) mənzil-qərargahında çıxış edən «Facebook» sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq bildirib ki, miqrantların internetlə təmin edilməsində BMT-yə kömək edəcək.


«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, onun sözlərinə görə, ümumdünya şəbəkəsi miqrantlara öz ailələri ilə əlaqə saxlamaqda kömək edəcək.

Zukerberq, həmçinin aydınlıq gətirib ki, miqrantlar düşərgəsini internetə qoşmaq istəyi xeyriyyə məqsədi deyil, sosial şəbəkəyə yeni istifadəçilərin cəlb edilməsi üsuludur.


Emil Hüseynov




28/09/15    Çap et