Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çinin milli əməliyyat sistemi görünüşcə «Windows XP» sisteminə oxşayır


Çin hökuməti üçün «Windows» əməliyyat sistemini (ƏS) əvəzləyəcək yeni ƏS görünüşcə «Windows XP» sisteminə oxşayır və «Fedora Linux» distribütivinə əsaslanır.
 
 
«Windows XP» sisteminə oxşarlıq
 
 
Çinin «NeoKylin» milli əməliyyat sistemi görünüşcə «Windows XP» sisteminə oxşayır: məsələlər paneli, "Başlat" menyusu, standart qovluqlar, idarəetmə paneli və hətta rənglər.
 
 
Sistemin əsası
 
 
Şanxayın «China Standard Software» şirkəti tərəfindən hazırlanmış «NeoKylin» ƏS-i «Linux» nüvəsinə əsaslanır. «NeoKylin» platformasına öncədən bəzi proqramlar quraşdırılır: «Firefox» brauzeri, musiqi pleyeri, «GIMP» açıq kodlu şəkil redaktoru, kalkulyator və sairə.
 
 
 
 
Kənar proqramların quraşdırılması
 
 
«NeoKylin» sistemində kənar proqramların quraşdırılması dəstəklənmir.
 
 
 
Emil Hüseynov




28/09/15    Çap et