Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “AMD FX” prosessoru Ginnes rekordlar kitabına düşüb (VİDEO)


“AMD” şirkəti bildirib ki, onun “Bulldozer” arxitekturasındakı “FX” seriyalı çipləri ən yüksək takt tezlikli kompyuter prosessorları kimi Ginnesin rekordlar kitabına salınıb.

“Team AMD-FX” overlokerlər komandasının maye helium ilə olan soyuma sistemindən istifadə etdiyi bildirilir. Mənfi 235 selsi dərəcədə çipin tezliyini rekord həddə - 8,429 QHz-ə qədər yüksəltmək mümkün olub.

Yoxlama sisteminin konfiqurasiyası “ASUS ROG Crosshair V Formula” sistem lövhəsi, “AMD FX-8150” prosessoru (nominal tezlik 3,6 QHz), 2 QB əməli yaddaş və “Radeon HD 6500” seriyası videokartından ibarət olub.






15/09/11    Çap et