Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Google» yeni SMS standartı yaradır


«Google» şirkəti yeni SMS standartı üzərində işləyən «Jibe Mobile» startapını satın alıb. Razılaşmanın təfərrüatları açıqlanmayıb.
 
 
İnternet nəhənginin bu addımı onun «Rich Communications Services» («RCS») texnologiyasını populyarlaşdırmaq üzrə strategiyasının bir hissəsidir.
 
 
«ICTnews.az» saytı «lenta.ru» saytına istinadən yazır ki, «RCS» - operatorun şəbəkəsi daxilində ötürülən mesajların mübadiləsi üzrə yeni standartdır. Bu texnologiyanın özəlliyi ondan ibarətdir ki, adi messencerin xüsusiyyətlərini özündə birləşdirib: qrup çatları, yüksək təsvir ölçüsünə malik şəkillərin göndərilməsi, videoçat.
 
 
Məlumat üçün bildirək ki, 2006-cı ildə təsis edilmiş «Jibe Mobile» «bulud» texnologiyaları ilə işləyən kommunikasiya şirkətidir. Şirkət telekommunikasiya sahəsində fəaliyyət göstərən operator, telefon istehsalçıları və başqa şirkətlərlə əməkdaşlıq edir.
 
 
Emil Hüseynov




02/10/15    Çap et