Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanlı startap komandası şəklin telefondan kompüterə yüklənməsinin “BethClip” vasitəsilə aparılmasını təklif edir (VİDEO)


Azərbaycanlı startap komandası şəklin telefondan kompüterə yüklənməsinin “BethClip” vasitəsilə aparılmasını təklif edir. “BethClip” layihəsinin üzvləri bununla bağlı yeni tətbiq hazırlayıblar. Layihənin rəhbəri Rəşid Əliyev “BethClip” vasitəsilə qurğular arasında şəkil ötürmə funksiyalarını belə izah edib:
 
 “Şəkilin və ya digər məlumatın bir telefonunuzdan digərinə ötürülməsini istəyirsinizsə, onda istifadə etmək istədiyiniz qurğulara “BethClip” klientlərini quraşdırın.  Şəkli seçərək, “Paylaş” (Share) düyməsinə basıb, siyahıdan “BethClip”-i seçin. Şəklin kompüterə qəbul olunması haqda aşağı sağ küncdə bildiriş alacaqsınız. “Word”-də və ya istənilən digər tətbiqdə şəkli yapışdırmaq istədiyiniz yerdə kursoru qoyub, “Yapışdır” (Paste; Ctrl+V) əməliyyatını edin”.


 


Bu əməliyyatla yalnız şəkilləri deyil, mətn və digər nümunələri də köçürmək mümkündür.
 
 
Qeyd edək ki, “BethClip” Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) həyata keçirdiyi “Yeni Fikir 2014” müsabiqəsinin qalibi olub.
 
 
Müsabiqədə birinci yeri qazanmış “BethClip”, eyni zamanda proqram yükləmələrinin məşhur ünvanı  sayılan “SoftPedia”-dan “Editors Choice” titulunu qazanıb.
 
 
Həqiqət İSABALAYEVA




02/10/15    Çap et