Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakcell” abunə haqqı ödəməyən abunəçilərə yeni tarifikasiya müddəti tətbiq edir


Azərbaycanın ilk mobil rabitə operatoru “Bakcell” şirkəti bu gündən etibarən bəzi abunəçilərinə qarşı yeni tarifikasiya müddəti tətbiq edəcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Bakcell” abunəçiləri üçün bu gündən etibarən aylıq abunə haqqı ödənilməyən “Klass” tarifində olan nömrələrdə şəbəkədaxili və şəbəkəxarici zənglər üçün tarfikasiya müddəti 20 saniyə təşkil edəcək.
 
Yeni tarifikasiya müddəti aylıq abunə haqqını ödəyən “Klass” abunəçilərinə şamil olunmur.
 
Aynur Vəliyeva
 




02/10/15    Çap et