Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Milli Net - 2011” Milli İnternet Mükafatının qeydiyyat prosesi başlanır


Bu gündən etibarən “Milli Net - 2011” Milli İnternet Mükafatının qeydiyyat prosesinə start verilir.

Builki yarışma 11 nominasiya üzrə keçiriləcək. Təşkilat Komitəsi tərəfindən ehtiyac olarsa, xüsusi nominasiyaların müəyyən olunması nəzərə alınıb. Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçiriləcək:

1. Korporativ saytlar

2. İctimai-sosial saytlar

3. Media və İnformasiya

4. Mədəniyyət, incəsənət və turizm saytları

5. Ailə, uşaq və sağlamlıq

6. Asudə vaxt, idman və əyləncə

7. Bloqlar

8. Elm və təhsil

9. Dövlət və bələdiyyə saytları

10. Xidmət (Servis)

11. İstifadəçi kontenti üzərində qurulmuş saytlar

Ötən ildə olduğu kimi, qiymətləndirmə prosesini peşəkarlardan və mütəxəssislərdən ibarət Münsiflər Heyəti aparacaq. Müsabiqədə münsiflərə hər hansı aidiyyəti olan saytların iştirakına yol verilmir.

Ötən illərdə olduğu kimi, bu il də müsabiqədə yalnız Azərbaycan dili versiyası olan saytların iştirakına icazə veriləcək.




15/09/11    Çap et