Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda bir ayda 50 minə yaxın mobil cihaz elektron qeydiyyatdan keçirilib


“Mobil cihazların qeydiyyatdan keçirilməsi” elektron xidməti yenə də “Elektron hökumət” portalı üzərindən ən çox istifadə olunan xidmətlərdən olub.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi bu xidmətin sentyabr ayı üzrə statistikasını aparıb.
 
Statistikanın nəticələrinə görə, istifadəçilər elektron xidmətdən ötən ay 49 506 dəfə faydalanıblar.
 
Vətəndaşlar xarici ölkələrdən aldıqları mobil cihazları sözügedən xidmət vasitəsi ilə asanlıqla qeydiyyatdan keçirə və onlayn ödəniş edə bilirlər.
 
CAHANGİR
 




06/10/15    Çap et