Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

5 il ərzində «Instagram» istifadəçiləri xidmətə 40 milyarddan çox şəkil yükləyiblər


«Instagram» sosial xidmətinin mövcudluğu ərzində onun istifadəçiləri xidmətə 40 milyarddan çox şəkil yükləyib.
 
"Xidmətin istifadəçiləri aylıq 80 milyon şəkil yükləyir və gündəlik 3,5 milyard layk edir" - sözügedən xidmətin mətbuat xidmətindən bildirilib. Məlumata əsasən, «Instagram» 5 il ərzində ən sürətlə inkişaf edən sosial xidmətlərdən birinə çevrilib, onun auditoriyası 400 milyondan çox təşkil edir. Bu halda istifadəçilərin 75 faizindən çoxu  ABŞ-dan kənarda yaşayır.
 
«ICTnews.az» saytı «interfax.ru» saytına istinadən yazır ki, «Instagram» - şəkil və videolarla mübadilə proqramıdır, amerikalılar - Kevin Sistrom və Mayk Kriqer tərəfindən düşünülüb. 2010-cu ilin oktyabrında tanıdılmış xidmət artıq ilin sonuna bir milyon istifadəçi cəlb edə bilmişdi. 2012-ci ildə «Facebook» sosial şəbəkəsi «Instagram»ı satın alıb.
 
Emil Hüseynov




07/10/15    Çap et