Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Poçt filialı mənfəətlə işləyir


Son illər böyük inkişaf yolu keçmiş Azərbaycan rabitə-poçt sektoru  özünün ən dinamik tərəqqi dövrünü yaşayır, yeni texnologiyalar tətbiq etməklə daha da modernləşir.


Ölkə əhalisinə  keyfiyyətli poçt xidməti göstərilməsi nəticəsində bu sahəyə maraq daha da artaraq poçt xidmətindən istifadə edənlərin sayı xeyli çoxalıb. Öz fəaliyyət sahəsini genişləndirən Azərbaycan poçtunda ənənəvi xidmətlərlə yanaşı, qeyri-ənənəvi xidmətlər, bank-maliyyə xidmətləri də yüksək keyfiyyətlə həyata keçirilir. Poçtda xidmətin genişləndirilməsi daha yüksək gəlirlərin əldə olunmasına şərait yaradıb. 


"Azərpoçt" MMC-nin 6 saylı poçt filialının rəisi Samir Həsənov bildirib ki, rəhbərlik etdiyi  poçt filialı mənfəətlə işləyir. Onun sözlərinə görə,  "Azərpoçt" MMC tərəfindən təyin olunmuş 9 aylıq proqnoz tapşırıqlarına vaxtından xeyli əvvəl 104,41 faiz əməl edib. Belə ki,  9 ayda 103 faiz gəlir mənfəəti əldə olunub.

"Tarif gəliri proqnozu 1215.8 min manata qarşı fakt 1262.0 min manatdır. Proqnozdan artıq 16.2 min manatdan çox gəlir əldə edilib. 9 aylıq mənfəət xərclər üzrə proqnoz - 839.0 min manata qarşı 238.4 min manatdır. İcra faizi 100,3 faizdir. Ötən 9 ayda ayrı-ayrı xidmət növləri üzrə də uğurlu göstəricilər qazanılıb. Poçt ödəniş nişanlarının satışı -103,12 faiz, pul baratları 115,10 faiz, dövri mətbuatın satışı - 100,5 faiz, bağlamalar - 101 faiz, telefon abunə haqlarının yığımı - 127,55 faiz, DSMF pulların qəbulu 122,45 faiz, Dövlət Yol Polisi pullarının qəbulu -112,18 faiz təşkil etmişdir. Bundan əlavə, sürətli pulköçürmələri üzrə göstəricilər belədir: (Zolotoya Korona, Miqom, Contakt, Western Union və s.) üzrə - 185,56 faiz, qiymətli banderol və məktublar 100,21 faiz, xarici valyutanın alışı və satışı 136,64 faizdir" - deyə S.Həsənov qeyd edib.

O bildirib ki, poçt filialının tərkibində 23 poçt şöbəsi və 1 kuryer poçt fəaliyyət göstərir. "Ötən 9 ayda 69, 54, 52 saylı poçt şöbələri əsaslı təmir olunub. 147 və 108 saylı şöbələrdə isə əsaslı təmir işləri davam etdirilir" - deyə rəis əlavə edib.
 
 




08/10/15    Çap et