Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

MDB prokurorları internetdə nəzarətin gücləndirilməsini təklif edir


İnternet bütünlüklə, sosial şəbəkələr isə xüsusilə ekstremizmin və digər kriminal ideyaların yayılmasına təhlükə yaradır.

Bu səbəbdən vətəndaşların azadlığı müdafiə olunmaqla internetdə dövlət nəzarəti tətbiq edilməlidir.

Bu fikirlər MDB ölkələri Baş Prokurorlarının Koordinasiya Şurasının Minskdəki iclasında səslənib. Rusiyanın Baş prokuroru Yuri Çayka bu yaxınlarda Londondakı iğtişaşların sosial şəbəkələrlə idarə olunmasına diqqət çəkib.

Belorusun baş prokuroru Qriqori Vasilyeviç internet “yalquzaq terrorçular”ın da əlində vasitəyə çevrilib. “Odur ki, terrorizmi beşiyindəcə boğmaq lazımdır”- deyə Q.Vasilyeviç bildirib.




15/09/11    Çap et