Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Go Daddy”: Sosial şəbəkələr domenlər üçün təhlükə törətmir


 Sosial şəbəkələrin tədricən internet saytlarını və domen adlarını əvəzləyə biləcəyi ilə bağlı fikir geniş yayılıb. Müasir sosial şəbəkələr faktiki olaraq hazırda sürətli templərlə inkişaf edən internet içində internet deməkdir.
 
Domenlərdən sosial şəbəkələrə keçidin obyektiv əlaməti redirektlərin (istifadəçilərin bir saytdan digər sayta avtomatik yönləndirilməsi) quraşdırılmasıdır. İri “Go Daddy” domen adları qeydiyyatçısı nümayəndələrinin məlumatına görə, son 18 ayda sosial şəbəkə səhifələrinə redirektlərin sayı 37 faiz artıb.
 
Lakin redirektli domenlərin ümumi sayı bir neçə on mini ötmür ki, bu da dənizdə damlaya bərabərdir, çünki “Go Daddy” şirkətində 60 milyondan çox domen adı qeydiyyatdan keçib, - “Webnames” yazır.  
 




09/10/15    Çap et