Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Artıq şimal və şimal-qərb regionlarının əhalisi elektrik enerjisindən istifadə haqqını “Hesab.az” üzərindən ödəyə bilər


Tezliklə respublikanın bütün şəhər və rayonlarının sakinləri elektrik enerjisindən istifadə haqqını “Hesab.az” portalı üzərindən apara biləcək.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, artıq şimal və şimal-qərb regionlarının əhalisi üçün bu imkan yaradılıb.
 
Belə ki, Sumqayıt, Xaçmaz, Quba, Qusar, Xızı, Şabran, Siyəzən, Qəbələ, İsmayıllı, Oğuz, Şəki, Balakən, Zaqatala, Qax və Şamaxıda yaşayan elektrik enerjisi istehlakçıları ödənişlərini “Hesab.az” vasitəsi ilə həyata keçirə bilərlər.
 
Yaxin zamanda bu xidmət digər bölgələr üçün də aktiv olacaq.
 
CAHANGİR




13/10/15    Çap et