Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni nəsil çiplərdə enerji təchizatı üçün günəş batareyasından istifadə olunacaq


“İntel” korporasiyası developerlər üçün “İDF 2011” forumunda “Haswell” prosessorlarının nümunələrini təqdim edib.

“İntel” şirkətinin bəyanatına əsasən, “Haswell” çipləri çox yüksək enerji effektivliyinə malik olacaqlar. Buna sübut kimi korporasiya təcrübi sistem təqdim edib. Sistemdə prosessorun elektrik enerjisi ilə təchizatı üçün kompakt günəş batareyasından istifadə olunub.

“İntel” korporasiyası söz verib ki, “Haswell” prosessorları indiki çiplərlə müqayisədə gözləmə rejimində 20 dəfə daha az enerji sərf edəcək.

Nəticədə portativ kompyuterlər bu halda informasiya şəbəkəsinə qoşulduğu halda 10 gün ərzində belə vəziyyətdə işləyə bilər. Aktiv rejimdə isə avtonom müddətin 24 saat olacağı bildirilib.

“Haswell” çipləri “Tri-Gate” metodikasının tətbiqi ilə 22 nanometrlik texnologiya əsasında hazırlanacaqlar. Prosessorlar, həmçinin ultrabuklarda tətbiq olunacaq.




15/09/11    Çap et