Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Abunəçilər bir ay müddətinə TV və NET xidmətlərindən pulsuz yararlanacaqlar


“Ailə” TV yeni kampaniyaya start verir.
 
Kampaniyanın şərtlərinə əsasən, vaxtıkən “Ailə” TV/NET abunəçisi olan, lakin ən azı 3 aydır ki xidmətlərdən istifadə etməyən abunəçilər bir ay müddətinə TV və NET xidmətlərindən pulsuz yararlana bilərlər.
 
 
“Caspian Telecom”-un Mətbuat xidmətindən bildirilib ki, “Ailə”yə qayıdan abunəçilər abunə olduqları tarif üzrə bir aylıq tam ödəniş etdikdə növbəti ay xidmətlrdən pulsuz istifadə imkanına malik olurlar.
 
 Kampaniyaya 31.12.2015 tarixinədək qoşulmaq mümkündür. “Ailəyə qayıt” kampaniyasından tək TV və ya tək İnternet xidmətinə qayıdan abunəçilər də faydalana bilərlər.
 
 
Həqiqət İSABALAYEVA
 
 




17/10/15    Çap et