Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan və Moldovanın birgə buraxılışı olan poçt markaları nəşr olunub


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC Azərbaycan və Moldovanın birgə buraxılışı olan iki poçt markasını dövriyyəyə buraxıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, poçt markalarında “Xalq rəqsləri” mövzusu təsvir olunub.
 
Markalardan birinin üzərində Azərbaycan milli rəqsi “Yallı”nı, digərində isə Moldovanın milli rəqsi “Moldovenyaska”nı  əks etdirən təsvirlər yer alıb.
 
Bir markanın nominal dəyəri 0,5 manata bərabərdir.
 
CAHANGİR
 




19/10/15    Çap et