Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət qurumlarının saytlarında 500-dən artıq elektron xidmət yerləşdirilib


Dövlət qurumlarının rəsmi internet səhifələrində istifadədə olan elektron xidmətlərin sayı 500-ü ötüb.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, dövlət qurumlarının rəsmi internet səhifələrində yerləşdirilən e-xidmətlərin sayı 507-yə çatıb.
 
Bu xidmətlərdən 429-u "Elektron hökumət" portalına inteqrasiya edilib.
 
Hazırda Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq etdiyi elektron xidmət növlərinin siyahısında 41 dövlət qurumunun 455 elektron xidməti yer alıb.
 
Siyahıdakı 455 e-xidmətdən 340-ı "Elektron hökumət" portalında yerləşdirilib.
 
CAHANGİR




22/10/15    Çap et