Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

O, ABŞ-ın milyarderlər reytinqində artıq üçüncü pillənin sahibidir


«Amazon» şirkətinin baş direktoru Ceff Bezos ABŞ-ın ən zəngin iş adamlarının reytinqində üçüncü pilləni tutub. Cari ilin üçüncü rübündə internet-mağazanın səhmlərinin dəyəri təxminən 11 faiz yüksəlib.
 
 
Nəticədə Ceff Bezosun şəxsi varidatı 5 milyard dollar yüksələrək 55 milyard dollara yaxınlaşıb. O, yalnız Bill Qeyts və Uorren Baffetdən geri qalır.
 
 
Bundan başqa, «Amazon» internet mağazasının gəlirinin artımı onun baş direktorunun dünyanın ən zəngin insanlarının ilk beşliyinə daxil olmağa imkan verib. Belə ki, cari ilin əvvəlində Bezos qlobal milyarderlərin reytinqində yalnız 20-ci yerdə qərarlaşmışdı.
 
 
Emil Hüseynov




23/10/15    Çap et