Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycana daxil olan beynəlxalq internet trafikin həcmində kəskin artım müşahidə olunur


Azərbaycanın ilkin internet provayderi "Delta Telecom" şirkətinin statistikasına görə, martda ölkəyə daxil olan beynəlxalq internet trafikin həcminin kəskin artımı müşahidə olunub.



"ICTnews" xəbər xidmətinin "Delta Telecom" şirkətinin rəsmi statistikasına istinadən verdiyi məlumata əsasən, ölkəyə daxil olan internet trafikin maksimal həcmi hazırda 170 Gbp/s-dən çoxdur. Bu, Azərbaycana cari il üçün daxil olan internet trafikinin həcminin ən yüksək həddidir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 29,4 faiz artıb.


Ölkənin çıxış trafikinin maksimal həcmi son bir ildə 26,6  faiz artaraq 30 Gbp/s səviyyəsinə çatıb.

 
Aynur Vəliyeva
 





27/10/15    Çap et