Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İsrail BMT-nin nüfuzlu kosmik komitəsinə üzv olub


İsrail BMT-nin Kosmik Fəzanın Sülh məqsədləri ilə istifadəsi üzrə Komitəsinə (COPUOS) tamhüquqlu üzv seçilib.
 
Ölkənin nüfuzlu beynəlxalq strukturda üzvlüyünü 117 dövlətin nümayəndəsi dəstəkləyib, Namibiya nümayəndəsi əleyhinə səs verib, ərəb dövlətlərinin nümayəndələri bitərəf qalıb.
 
Əvvəllər İsrailin komitəyə üzvlüklə bağlı BMT-yə ünvanlandığı bütün müraciətlər ərəb dövlətlərinin narazılığı ilə qarşılanıb. Bununla belə, bu, İsrail şirkətlərinə “COPUOS” tərəfindən maliyyələşdirilən müxtəlif layihələrdə iştirakına mane olmayıb.  
 
Bu əməkdaşlığın ən bariz nümunələrindən biri “COPUOS” və “ImageSat” şirkəti arasında imzalanan sazişdir. Saziş çərçivəsində İsrailin “Eros-A” və “Eros-B” peykləri BMT-ni real vaxt rejimində təbii fəlakət zonalarının fotoşəkilləri ilə təmin edəcək, - "Newsland” yazır. 




30/10/15    Çap et