Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bir sıra xidmətlər üzrə bildirişləri mobil telefonla almaq mümkünləşib


“Elektron hökumət” portalının mobil əlavəsi vətəndaşların işini asanlaşdırıb.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumat görə, portalın mobil əlavəsi vasitəsi ilə vətəndaşlar kommunal borcları, ipoteka ödənişləri, Dövlət Yol Polisi tərəfindən tətbiq olunan cərimələri barədə real vaxt rejimində xəbər tuta biləcəklər.
 
Bildirişlər hissəsində mövcud xidmətlər birbaşa “Elektron hökumət” portalına bu yaxınlarda qoşulmuş “Hökumət Ödəniş Portalı”ndan inteqrasiya edilir.
 
İstifadəçi sadəcə bildiriş almaq istədiyi xidmətin bildiriş funksiyasını aktivləşdirir.
 
CAHANGİR
 




30/10/15    Çap et