Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternetə alternativ yaradılır: istifadəçini izləmək mümkün olmayacaq


Müəllif hüququ haqda qanunvericiliyi pozduğuna görə ABŞ hakimiyyətinin təqib etdiyi «MegaUpload.com» xidmətinin yaradıcısı Kim Dotkom «SydStart» konfransında məxfi və təhlükəsiz «MegaNet» haqda yeni təfərrüatlar açıqlayıb.

Onun sözlərinə görə, bu şəbəkə internetə alternativ olacaq. Mühəndislər artıq bir neçə ildir ki, onun yaradılması üzərində çalışır.
 
 
«Mashable» yazır ki, «SydStart» startaplar konfransında Kim Dotkom qısa videoçıxışında bildirib ki, yeni qlobal şəbəkənin əsasını «blockchain» alqoritmi təşkil edir. Həmçinin internetə daxil olan qurğulara unikal ünvanlar (IP) verilməyəcək, beləliklə, istifadəçini izləmək heç cür mümkün deyil.
 
 
Bundan başqa, hətta superkompüterlərin köməyi ilə müdaxiləni qeyri-mümkün etmək üçün yeni şəbəkədə çox uzun kripto açarlar tətbiq ediləcək.
 
Emil Hüseynov




02/11/15    Çap et