Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Facebook»un auditoriyası dünya əhalisinin 20 faizini təşkil edir


Cari ilin üçüncü rübündə «Facebook» sosial şəbəkəsində hesabların sayı 60 milyon artıb. «BBC» teleşirkəti məlumat verib ki, 30 oktyabr tarixinə əsasən, bu sosial şəbəkənin istifadəçilərinin sayı 1,55 milyarda yaxınlaşıb.
 
 
«ICTnews.az» saytı «lenta.ru» saytına istinadən yazır ki, sentyabrda hər gün sosial şəbəkəyə daxil olan mobil istifadəçilərin sayı 27 faiz artaraq 894 milyon nəfər təşkil edib.
 
 
"Biz hesab edirik ki, orta və uzunmüddətli perspektivdə «Facebook» və «Instagram» bir-birlərinə rəqib deyillər. Biz kütləvi informasiya vasitələrinin başqa növləri ilə rəqabət aparmağa başlayacağıq" – deyə şirkətin əsas əməliyyat direktoru Şeril Sandberq bildirib.
 
 
«Facebook» gündəlik videoya 8 milyard baxış qeydə alıb.
 
 
Xatırladaq ki, «Facebook» sosial şəbəkəsi 4 fevral 2004-cü il tarixində Harvard Universitetində təhsil alan Mark Zukerberq tərəfindən yaradılıb.
 
 
Emil Hüseynov




05/11/15    Çap et