Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda dövlət qeydiyyatından keçməyən radioelektron vasitələrin növbəti statistikası bəlli olub


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) cari ilin 10 ayı ərzində aşkarladıqları dövlət qeydiyyatından keçməyən radioelektron vasitələrin (REV) sayını açıqlayıb.
 
DRİ-dən verilən məlumata görə, idarənin mütəxəssisləri bu ilin yanvar-oktyabr aylarında iş planına və DRİ-yə daxil olmuş müraciətlərə əsasən təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrə  texniki baxış, möhürləmə, möhür açma işləri aparıb və ümumilikdə 544 akt tərtib ediblər.
 
Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 269 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Onlardan 61 ədədi qeydiyyata salınıb, 127 ədədi möhürlənib, 7 ədədi silinib və 74 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.
 
CAHANGİR




05/11/15    Çap et