Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Əmək müqaviləsi ilə bağlı elektron xidmətlər aktualdır


“Elektron hökumət” portalı üzərindən əmək müqaviləsi üzrə əks olunan məlumatlarla tanış ola bilmək imkanı vətəndaşların işini asanlaşdırıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətinə təkcə oktyabr ayında  42911 dəfə müraciət olunub.
 
Bu xidmət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidməti əsasında yaradılmış informasiya sistemi əsasında formalaşdırılıb. Ötən ildən etibarən işə götürənlər qarşısında qoyulan əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması tələbi işçi hüquqlarının qorunması, habelə vergidən yayınma kimi xoşa gəlməz halların aradan qaldırılmasına xidmət edir.
 
Qeyd edək ki, oktyabr ayı ərzində sözügedən xidmətdən 126909 dəfə istifadə olunub.
 
CAHANGİR
 
 




06/11/15    Çap et