Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda “Oracle Business Applications” konfransı keçiriləcək


Bakıda noyabrın 17-də "Oracle Business Applications" tərəfdaşlıq konfransı keçiriləcək.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, konfrans "Oracle" şirkətinin mövcud olan biznes əlavələrinin inkişaf tendensiyalarına, "bulud" texnologiyalarına və s. məsələlərə həsr ediləcək.

Tədbir lokal tərəfdaşların "Oracle" ekspertləri ilə əməkdaşlığın möhkəmləndirilməsi üçün gözəl fürsət olacaq.
 
 "Oracle" şirkətinin ekspertləri lokal tərəfdaşlarına büdcələndirmə və planlaşdırma üzrə həllərinin tətbiqinin təqdim etdiyi üstünlüklər, "bulud" mühitində işləyərək daha yaxşı təcrübəni istifadə etməklə şirkətin inkişafına nail olmağın yolları, müasir ERP- və HCM-həllər haqda bəhs edəcəklər.
 
Aynur Vəliyeva




07/11/15    Çap et